BAKI, 29 sentyabr. TELEQRAF

Bu gün Göygöl Olimpiya İdman Kompleksində III MDB Oyunları çərçivəsində sambo yarışları başa çatıb.

Teleqraf xəbər verir ki, yarışlar kişilər arasında 8 çəki dərəcələrində keçirilib.

Abdullətif Musayev (53 kq), Nihad Rəhimov (64 kq) finalda qalib gələrək, III MDB Oyunlarının qızıl medalını qazanıblar.

Rüstəm Qasimzadə (58 kq), Əbubəkir Hüseynov (98 kq) və Rəsul Səmədli (+ 98 kq) finalda uduzaraq, gümüş medala sahib çıxıblar. Sadiq Nadirov (79 kq), Mikayıl Amirov (71 kq) və Xəzər Əmrahlı (88 kq) isə bürünc medal qazanıblar.

***
17:42

Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarında sambo yarışlarının final görüşlərinə start verilib.

Teleqraf xəbər verir ki, Göygöl Olimpiya İdman Kompleksində təşkil olunan yarışların finalında Abdullətif Musayev (53 kiloqram) Özbəkistan samboçusu Qamzat Maksetbayevlə qarşılaşıb.

Görüş idmançımızın qələbəsi ilə yekunlaşıb. Bu, Azərbaycanın III MDB Oyunlarında qazandığı ikinci qızıl medal olub.

Qeyd edək ki, bu gün daha dörd samboçumuz finalda çıxış edəcək.