GƏNCƏ, 29 sentyabr. TELEQRAF

Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarında voleybol yarışları başlayıb.

Teleqraf xəbər verir ki, Gəncə İdman Sarayında təşkil olunan turnirin ilk oyununda B qrupundan Qırğızıstan və Belarus yığmaları üz-üzə gəlib.

15 yaşadək qadınlardan ibarət komandaların oyununda belarusiyalı idmançılar 3:0 hesablı qələbə qazanıb.

Qeyd edək ki, günün növbəti oyununda Azərbaycanla Tacikistan milliləri qarşılaşacaq. Matç 18:30-da start götürəcək.