"Qarabağ" rəsmiləri Rumıniyanın FCSB klubuna qanalı futbolçu Baba Əl Həssənin UEFA Avropa Liqasının VII tur matçı üçün Azərbaycana gəlişində ortaya çıxan viza probleminin həllinə kömək edib.

Teleqraf.com-un məlumatına görə, bu barədə Buxarest təmsilçisinin baş meneceri Mihay Stoyka açıqlama verib.

"Elə indicə qeyri-adi xəbər aldım. Əl Həssənin viza problemi var idi. "Qarabağ" əməkdaşları bizə kömək etdilər. Futbolçumuzun viza aldığını bildikdə xeyli sevindik", - deyə o bildirib.

Stoyka əlavə edib ki, bəzi ölkələrin vətəndaşları üçün viza almaq çox çətindir: "Vizaları onlayn qaydada alırıq. Lakin elə ilk mərhələdəcə Azərbaycan səfirliyindən bildirildi ki, problem yoxdur".

25 yaşlı Əlhəssən FCSB-nin aparıcı futbolçularından sayılır. Cari mövsümdə o, bütün yarışlarda 32 dəfə forma geyinib.

Qeyd edək ki, yanvarın 23-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - FCSB matçı saat 21:45-də başlanacaq.