BAKI, 27 oktyabr. TELEQRAF

Göygöldə 38 yaşlı kişi bıçaqlanıb.

Teleqraf-ın Qərb bürosunun məlumatına görə, hadisə rayon ərazisində yerləşən yanacaqdoldurma məntəqələrindən birinin qarşısında baş verib.

1988-ci il təvəllüdlü Elvin Mehdiyev bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.