BAKI, 5 oktyabr. TELEQRAF
Türkiyənin paytaxtı Ankaradan Şanlıurfaya uçan "AJet" aviaşirkətinə məxsus sərnişin təyyarəsində uçuş zamanı partlayıcı maddənin olması ilə bağlı xəbərdarlıq olunub.
Teleqraf xəbər verir ki, təyyarə Şanlıurfa Hava Limanına təhlükəsiz eniş edib və 136 sərnişinin təhlükəsiz təxliyəsi üçün lazımi tədbirlər görülüb.
Təxliyə başa çatdıqdan sonra təhlükəsizlik qüvvələri təyyarədə partlayıcı maddə ilə bağlı axtarışa başlayıblar.
Təyyarədə partlayıcı maddə tapılmayıb.