BAKI, 6 iyul. TELEQRAF

Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində yerləşən evlərin birindən oğurluq etməkdə təqsirli bilinən Tural Ağayev saxlanılıb.

Teleqraf-ın xəbərinə görə, həmin şəxs evə pəncərədən daxil olaraq oradan 5000 ABŞ dolları və 400 manat oğurlayıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.