BAKI, 17 iyun. TELEQRAF
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyunun 16-da ümumi çəkisi 64,6 kiloqramdan artıq narkotik vasitə aşkar olunub.
Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.
Məlumata görə, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 41,4 kiloqramdan artıq marixuana, 12,2 kiloqramdan çox heroin, 11 kiloqrama yaxın metamfetamin, həmçinin 280 ədəd güclü təsiredici xassəyə malik metadon həbi olub.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.