BƏRDƏ, 31 may. TELEQRAF

Bərdə rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin son durumu açıqlanıb.

TƏBİB-dən Teleqraf-ın sorğusuna cavab olaraq bildirilib ki, baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar 10 nəfər (8 kişi, 2 qadın) saat 15:10 radələrində Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Müxtəlif növ bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib.

Vəziyyəti stabil qiymətləndirilən 9 nəfər (7 kişi, 2 qadın) ambulator müalicə üçün evə buraxılıb.

Hazırda 1 nəfərin (kişi) müalicəsi müvafiq şöbədə davam etdirilir, vəziyyəti stabildir.

***

12:54

Bərdə rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin kimliyi məlum olub.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, qəza nəticəsində ümumilikdə 10 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralanan şəxslər — 1994-cü il təvəllüdlü Babayev Orxan Vüqar oğlu, 2004-cü il təvəllüdlü Hacıyev Röyal Rövşən oğlu, 2007-ci il təvəllüdlü Hətəmov Ayxan Natiq oğlu, 2007-ci il təvəllüdlü Nəcəfli Mirşahin Yelmar oğlu, 1979-cu il təvəllüdlü Paşayev Efras Ayaz oğlu, 1990-cı il təvəllüdlü Həmidova Rabella Əlibaba qızı, 2018-ci il təvəllüdlü Həmidzadə Ömər Kamandar oğlu, 1964-cü il təvəllüdlü Həmidova Səkurə Yaqub qızı, 1963-cü il təvəllüdlü Həmidov Həmid Fərrux oğlu və 1988-ci il təvəllüdlü Həmidov Kamandar Həmid oğludur.

Yaralılar dərhal Bərdə Müalicə Diagnostika Mərkəzinə yerləşdiriliblər.

Faktla bağlı araşdırma davam etdirilir.

***

12:45

Bərdə rayonunda xəsarətlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, hadisə Bəhrəmtəpə stansiyası–Mingəçevir avtomobil yolunda qeydə alınıb.

Belə ki, hərəkətdə olan "VAZ-21015" markalı avtomobil "Mercedes" markalı digər nəqliyyat vasitəsi ilə toqquşub. Güclü zərbənin təsirindən "Mercedes" idarəetmədən çıxaraq yol kənarındakı su kanalına aşıb.

Qəza nəticəsində xəsarət alanların olduğu bildirilir. Yaralılar dərhal xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.