ASTARA, 7 mart. TELEQRAF
Astara Dövlət Sərhədindən Buraxılış Məntəqəsi vasitəsilə əcnəbilərin təxliyə prosesi davam etdirilir.
Teleqraf-ın Cənub bürosu xəbər verir ki, bu gün səhər saatlarından etibarən daha səkkiz Çin vətəndaşı təxliyə olunaraq sərbəst şəkildə sərhəddən keçiblər.
Keçid prosesi xüsusi təhlükəsizlik qaydalarına əməl olunmaqla həyata keçirilir və təxliyə tədbirləri mərhələli şəkildə davam etdirilir.
.jpg)
.jpg)