BAKI, 17 fevral. TELEQRAF

Rusiyanın Uraldakı Azərbaycan diasporunun keçmiş rəhbəri Şahin Şıxlinski üçün dövlət ittihamçısı 23 il müddətinə azadlıqdan məhrumetmə cəzası istəyib.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Münsiflər heyəti diasporun eks-rəhbərini iş adamlarına qarşı qətl və qəsdən adam öldürməyə cəhd cinayətlərində təqsirli bilib.

Şahin Şıxlinski ilə yanaşı, Səfərov qardaşları və Şücaəddin Rəcəbov da mühakimə olunur. Dövlət ittihamçısı Akif Səfərovun 23, Ayaz Səfərovun 22, Kamal Səfərovun 18, Bəkir və Məzahir Səfərovların hər birinin 13, Şücaəddin Rəcəbovun isə 15 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.