BAKI, 29 yanvar. TELEQRAF

Bakı şəhərində dəm qazından zəhərlənmə hadisəsi baş verib.

Teleqraf xəbər verir ki, hadisə Nizami rayonu ərazisində yerləşən evlərin birində qeydə alınıb.

Belə ki, yanvarın 28-də Bakı şəhəri, Nizami rayonu ərazisində kirayədə yaşayan Qənbəralıyev İmran Teymur oğlu və Məmiyev Ramazan Rafiq oğlu dəm qazının təsirindən zəhərləniblər.

Hadisə nəticəsində Ramazan Məmiyev hadisə yerində ölüb, İmran Qənbəralıyev isə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Nizami rayon prokurorluğunda araşdırma aparılır.