BAKI, 28 yanvar. TELEQRAF

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə yanvarın 27-də ümumi çəkisi 76,1 kiloqramdan artıq narkotik vasitə və 1522 ədəd güclü təsiredici xassəyə malik həb aşkar olunaraq götürülüb.

Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.