BAKI, 28 yanvar. TELEQRAF
Xırdalan şəhərində dəm qazından ölüm hadisəsi baş verib.
Teleqraf xəbər verir ki, Qəmbərov Rahib Xeyrulla oğlu yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək ölüb.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.