MİNGƏÇEVİR, 19 yanvar. TELEQRAF
Mingəçevirdə 44 yaşlı qadın evində ölü tapılıb.
Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, hadisə şəhərin Kürün sağ sahilində yerləşən ərazidəki fərdi evlərdən birində baş verib.
Arzu Aslanova yaşadığı evdə dəm qazından zəhərlənərək ölüb.
Faktla bağlı araşdırma başlanılıb.