CƏLİLABAD, 10 noyabr. TELEQRAF

Bu gün saat 16:00 radələrində yol- nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 3 nəfər (1-i kişi, 2-si qadın) Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə Teleqraf-ın Cənub bürosunun sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Onlara bədənin müxtəlif nahiyyələrinin çoxsaylı travmaları diaqnozu təyin edilib.

Hazırda hər 3 şəxsin vəziyyəti stabil olaraq qiymətləndirilir, müalicələri Təcili tibbi yardım şöbəsində davam etdirilir.

***

17:31

Cəlilabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf-ın Cənub bürosunun xəbərinə görə, hadisə Ələt–Astara avtomobil yolunun 87-ci kilometrliyində qeydə alınıb. İlkin məlumata görə, “Kia” markalı minik avtomobili idarəetməni itirərək aşıb.

Qəza nəticəsində avtomobildə olan 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq müayinə olunublar.

Faktla bağlı araşdırma aparılır.