BAKI, 14 oktyabr. TELEQRAF
Bakının Nizami rayonunda piyada üçün müəyyən edilməyən hissədən keçən qadını avtomobil vurub.
Teleqraf-ın məlumatına görə, hadisə Rüstəm Rüstəmov küçəsində baş verib.
1968-ci il təvəllüdlü Nuralaş Gülər Xəlil qızı yolun piyada üçün nəzərdə tutulmayan hissəsindən keçərkən onu minik avtomobili vurub. Yaralı ağır vəziyyətdə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, qadın komatoz vəziyyətində hazırda xəstəxananın reanimasiya şöbəsindədir.
Faktı Nizami Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.