BAKI, 7 oktyabr. TELEQRAF

ABŞ-nin Texas ştatının Fripport şəhərində “Dow” şirkətinə məxsus kimya zavodunda yanğın qeydə alınıb.

Teleqraf xəbər verir ki, bu barədə məlumat şirkətin “Facebook” səhifəsində məlumat verilib.

FOX26 telekanalının məlumatına görə, yerli hakimiyyət yanğının əhali üçün təhlükə yaratmadığını, evakuasiyaya ehtiyac olmadığını və sakinlərin küçədə qalmasının sağlamlıqları üçün risk daşımadığını bildirib.

Hazırda hadisə nəticəsində xəsarət alanlar barədə məlumat yoxdur.