GƏNCƏ, 23 sentyabr. TELEQRAF
Gəncə şəhərində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə şəhərin Poçt qəsəbəsində qeydə alınıb.
"Toyota Prius" markalı avtomobilin sürücüsü idarəetməni itirib, nəticədə o, "Hundai" və "Niva" markalı maşınlarla toqquşub.
Qəza zamanı sərnişin 2005-ci il təvəllüdlü Vüsal Hüseynov və 15 yaşlı Taleh Səfərov və daha bir nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
V. Hüseynovdan fərqli olaraq 15 yaşlı şəxsin vəziyyəti qənaətbəxşdir.
Daha bir nəfərin şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma başlanılıb.
***
01:20
Gəncə şəhərində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə şəhərin Poçt qəsəbəsində qeydə alınıb.
Məlumata görə, "Toyota Prius" markalı avtomobilin sürücüsü idarəetməni itirib, nəticədə sərnişin 2005-ci il təvəllüdlü Vüsal Hüseynov və sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
V. Hüseynovdan fərqli olaraq sürücünün vəziyyəti qənaətbəxşdir.
Faktla bağlı araşdırma başlanılıb.