GƏNCƏ, 17 sentyabr. TELEQRAF

Gəncədə bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

2002-ci il təvəllüdlü Məleykə Nəbiyeva idarəetməni itirib və avtomobil maneəyə çırpılıb. Qəza zamanı 23 yaşlı qadın sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralı yaxınlıqdakı xəstəxanaya çatdırılıb, vəziyyəti kafidir.

Faktla bağlı araşdırma başlanılıb.