GƏNCƏ, 13 sentyabr. TELEQRAF

Gəncədə 57 yaşlı şəxs kəsici alətdən xəsarət alıb.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, 1968-ci il təvəllüdlü Ceyhun Əmraslanov kəsici alət xəsarəti ilə xəstəxanaya çatdırılıb.

Hadisə ilə bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma başlanılıb.