ŞƏMKİR, 10 sentyabr. TELEQRAF
Şəmkir rayonunda həyatını itirən şəxsin kimliyi müəyyənləşib.
Teleqraf-ın Qərb bürosunun məlumatına görə, bu şəxs Morul kənd sakini, 1951-ci il təvəllüdlü Nəriman Sadıqovdur.
Onun anidən ürək tutmasından öldüyü və su kanalına yıxıldığı ehtimal olunur. Hadisə Dəllər-Cəyir kəndi ərazisində baş verib.
***
16:06
Şəmkirdə ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, rayonun Dəllər Cəyir kəndində təxminən 50 yaşında kişi su arxına yıxılıb.
Hadisənin ehtiyatsızlıqdan baş verdiyi bildirilir. Ölən şəxsin kimliyi dəqiqləşdirilir.
Faktla bağlı Şəmkir rayon Prokurorluğunda araşdırma başlanılıb.
