BAKI, 9 sentyabr. TELEQRAF

Gəncədə üç yaşlı uşaq hündür mərtəbəli binadan yıxılaraq ölüb.

Teleqraf xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

2022-ci il təvəllüdlü M.Məmmədov ehtiyatsızlıqdan yıxılıb. Azyaşlı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma başlanılıb.