BAKI, 9 sentyabr. TELEQRAF

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi küçəsində məişət tullantılarının yanması barədə məlumat daxil olub.

Nazirlikdən Teleqraf-a verilən xəbərə görə, Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.