BAKI, 9 sentyabr. TELEQRAF
Hava Nəqliyyatında Polis İdarəsinin Gəncə Xətt Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində sərnişinlərə məxsus çamadandan oğurluq etməkdə şübhəli bilinən, 39 yaşlı Tahir Sayadov saxlanılıb.
Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Araşdırmalar zamanı məlum olub ki, T.Sayadov yükləmə zamanı çantadan ümumi dəyəri 10.000 manat olan qızıl-zinət əşyalarını oğurlayıb.
Məhkəmənin qərarı ilə T. Sayadov barəsində həbs qətimkan tədbiri seçilib.
Faktla bağlı araşdırma aparılır.