TOVUZ, 5 sentyabr. TELEQRAF

Taxtakörpü-Ceyranbatan su kanalında batan iki qardaş, Tovuz rayon sakinləri, 2001-ci il təvəllüdlü Ramazan Abdıyev və 1999-cu il təvəllüdlü Orxan Abdıyev bu gün dəfn olunub.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hər iki şəxs Tovuz rayon Cilovdarlı kəndində torpağa tapşırılıb.

Qeyd edək ki, hadisə ehtiyatsızlıqdan baş verib. Qardaşlardan biri digərini sudan çıxararkən boğulub.