MİNGƏÇEVİR, 5 sentyabr. TELEQRAF
Mingəçevirdə azyaşlı uşağı maşın vurub.
Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, hadisə N.Nərimanov küçəsində baş verib.
Avtomobil 2019-cu il təvəllüdlü Məmmədzadə Əliyusif Rövşən oğlunu vurub. Xəsarət almış 6 yaşlı uşaq xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.