SAMUX, 2 sentyabr. TELEQRAF

Samux rayonunun Qaraağaclı qəsəbə sakini 1967-ci il təvəllüdlü Rafiq Behbudovun idarə etdiyi " VAZ 2107" markalı, avtomobil Samux-Kür yolunun Sarıqamış kənd ərazisində hərəkətdə olarkən ötmə zamanı qarşıdan gələn "Hundai" markalı avtimobillə toqquşub.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə nəticəsində sürücü Rafiq Behbudov orada vəfat edib. Avtomobildə olan sürücünün oğlu Qaraağaclı qəsəbə sakini 2001-ci il təvəllüdlü Emin Behbudiv müxtəlif dərəcədə bədən xəsarəti alıb.

Yaralı xəstəxanaya yerləşdirilib. Vəziyyəri orta-ağırdır.

***

12:46

Samux rayonunda "Vaz 2107" markalı avtomobillə "Hundai" markalı avtomobilin toqquşması nəticəsində bir nəfər həyatını itirib, daha bir neçə nəfər xəsarət alıb.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.

Xəstəxanaya çatdırılan yaralılar arasında azyaşlı da var.

Faktla bağlı araşdırma başlanılıb.