BAKI, 1 sentyabr. TELEQRAF

Bakı şəhərinin Binəqədi rayonunda mebel sexinin ərazisində ümumi sahəsi 250 m² olan tikilinin mətbəxinin tavanı 20 m² sahədə, soyuducu və əşyalar qismən yanıb.

Fövqəladə Hallar Nazirliyindən Teleqraf-a verilən xəbərə görə, tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.