GƏNCƏ, 28 avqust. TELEQRAF
Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində şəhər sakini R.Şahbazova kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 29 yaşlı Namik Əliyev saxlanılıb.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, faktla bağlı araşdırma aparılır.
***
10:35
Gəncədə bir nəfər bıçaqlanıb.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, 1994-cü il təvəllüdlü Rəhman Şahbazov bıçaq yarası ilə xəstəxanaya gətirilib.
Onun hansı şəraitdə bıçaqlandığı məlum deyil.
Faktla bağlı araşdırma başlanılıb.