TƏRTƏR, 23 avqust. TELEQRAF

Tərtərdə iki minik avtomobili toqquşub, nəticədə 3 nəfər xəsarət alıb.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, hadisə Hindarx-Borsunlu avtomobil yolunun Tərtər rayon ərazisindən keçən hissəsində baş verib.

Hərəkətdə olan “Hundai” markalı avtomobil qarşıdan gələn “BMW” markalı avtomobil toqquşub. Üç nəfər Tərtər rayon sakini - 1998-cil il təvəllüdlü Əsgərzadə Vaqif Yalçın oğlu, 2004-cü il təvəllüdlü İsayev Elgiz Çingiz oğlu və 1962-ci il təvəllüdlü İsmayılov İlqar İsmayıl oğlu müxtəlif dərəcəli xəsarət alıblar.

Onlar Tərtər Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.