BAKI, 22 avqust. TELEQRAF

Piyada yolu keçmək istəyəndə faciə baş verib.

Bu barədə Teleqraf-a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Bildirilib ki, yol hərəkəti qaydalarına laqeyd yanaşmanın nəticəsi növbəti dəfə faciə ilə yekunlaşıb. Müəyyən edilməmiş yerdən yolu keçməyə cəhd edən piyada və düzgün ara məsafəsi saxlamayan sürücünün məsuliyyətsiz davranışı insan həyatının itirilməsi ilə nəticələnib.

"Piyadaların yolu yalnız müəyyən olunmuş yerlərdən – piyada zolaqlarından, yeraltı və yerüstü keçidlərdən keçməsi, sürücülərin isə yol şəraitinə uyğun sürət seçməsi və ara məsafəsini saxlaması qanunun tələbidir. Piyadaların yolun istənilən hissəsindən keçməsi həyat üçün ciddi təhlükə yaradır", - məlumatda qeyd olunub.