CƏLİLABAD, 1 avqust. TELEQRAF

Cəlilabadda baş verən qəzanın təfərrüatları məlum olub.

Teleqraf-ın cənub bürosunun məlumatına görə, “QAZ-53” markalı yük avtomobili Yardımlı rayonundan Cəlilabadın Ləkin kəndində yerləşən dəyirmana buğda aparırmış. Nəqliyyat vasitəsində iki nəfər kuzovda, iki nəfər isə salon hissəsində olub.

Hadisə Cəlilabad rayonunun Əsədli kəndi ərazisində baş verib. Avtomobilin əyləc sistemində yaranan nasazlıq nəticəsində sürücü idarəetməni itirib. Nəqliyyat vasitəsi aşıb. Kuzovda olan şəxslərdən biri avtomobil aşmamışdan əvvəl özünü yerə atmağa nail olub.

Qəza nəticəsində xəsarət alanların müalicəsi hazırda Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında davam etdirilir.

Həlak olan şəxsin meyiti aidiyyəti üzrə təhvil verilib.

****

08:45

Cəlilabad rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf-ın Cənub bürosunun məlumatına görə, hadisə rayonun Əsədli kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata əsasən, "QAZ 53" markalı yük avtomobilinin idarəetmədən çıxaraq aşması nəticəsində 1 nəfər ölüb, 2 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar xəstəxanaya çatdırılıb.

Hazırda xəsarət alan və həyatını itirən şəxslərin kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.