BAKI, 20 iyul. TELEQRAF

Adi milçəklər ayaqlarında H5N1 quş qripi hissəciklərini daşıya bilər.

Teleqraf xəbər verir ki, bu məlumatı Corc Meyson Universitetinin aparıcı mikrobioloqu, professor Ança Baranova açıqlayıb.

Onun sözlərinə görə, bu, potensial olaraq virusun fermalarda daha geniş yayılmasına yol açır və iribuynuzlu heyvanlarla təmasda olan insanların yoluxma riskini artırır.

ABŞ-də mütəxəssislər artıq fermalarda biotiəhlükəsizliyin gücləndirilməsi imkanını nəzərdən keçirirlər. H5N1 quş qripi insanlar arasında yüksək ölüm nisbəti və sürətli mutasiya qabiliyyəti ilə tanınır, yoluxmuş növlərin sayının artması isə virusun insandan insana ötürülməsinə uyğunlaşma riskini artırır.

Qeyd edək ki, daha əvvəl pişiklərin də H5N1 quş qripinin mümkün daşıyıcıları olduğu bildirilirdi.