GƏNCƏ, 17 iyul. TELEQRAF
Gəncə şəhərində baş verən yanğın söndürülüb.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə zamanı yarım tikili yanıb.
Yanğın əraziyə cəlb olunan Gəncə Dövlət Yanğından Mühafizə Şöbəsinin əməkdaşları tərəfindən söndürülüb. Yanğının tikiliyə keçməsinin qarşısı alınıb.
Hadisənin səbəbləri araşdırılır.
***
12:48
Gəncədə fərdi yaşayış evində yanğın başlayıb.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə şəhərin Poçt qəsəbəsində qeydə alınıb.
Hadisə yerinə Gəncə şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin iki yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.
Alovun söndürülməsi istiqamətində iş aparılır.