BAKI, 13 iyul. TELEQRAF
Mersində restoranlardan birində hesab üstündə mübahisə əlbəyaxa davaya çevrilib.
Teleqraf “Anadolu” agentliyinə istinadən xəbər verir ki, müştərilərlə işçilər arasında baş verən davada biri ağır olmaqla 7 nəfər yaralanıb.
Məlumata görə, iş adamlarının da daxil olduğu mübahisə silah və bıçaqların istifadə edildiyi davaya çevrilib.
Hadisə zamanı restoran sahibi və işçiləri xəsarət alıb.
Yaralılar təcili tibbi yardım maşını ilə müxtəlif xəstəxanalara aparılıb.
Başından güllə yarası alan şəxsin vəziyyətinin hələ də ağır olduğu bildirilir.