KƏLBƏCƏR, 8 iyul. TELEQRAF
Azərbaycan Ordusunun hərbi qulluqçuları Kəlbəcər rayonunda yol qəzasına düşüb.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə rayonun İstisu qəsəbəsində qeydə alınıb.
1980-ci il təvəllüdlü sürücü Xaliq Quliyev “UAZ” markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirib və nəticədə avtomobil yoldan çıxaraq aşıb.
İlkin məlumata görə, qəzada hərbi qulluqçular - Beyləqan rayon sakini, 1988-ci il təvəllüdlü Elmir Həsənov və Gəncə şəhər sakini, 2000-ci ildə anadan olmuş Vaqif Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar xəstəxanaya yerləşdirilib, vəziyyətləri qənaətbəxşdir.
Faktla bağlı araşdırma aparılır.