BAKI, 8 iyul. TELEQRAF
Texasda güclü yağışlar və Qvadalupe çayının daşması nəticəsində baş verən daşqın nəticəsində azı 104 nəfər ölüb.
Teleqraf xəbər verir ki, bu barədə “The New York Times” qəzeti məlumat yayıb.
Qəzetin məlumatına görə, ölənlərin azı 28 nəfəri uşaqlardır. Axtarış-xilasetmə əməliyyatları davam etdirilir.
Xatırladaq ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp iyulun 11-də daşqından zərər çəkmiş ştata səfər etməyi planlaşdırdığını açıqlamışdı.