MİNGƏÇEVİR, 5 iyul. TELEQRAF

Bu gün saat 16 radələrində Kür çayında baş verən 2 qayığın toqquşması nəticəsində 2-si azyaşlı olmaqla 6 nəfər Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

TƏBİB-dən Teleqraf-a verilən məlumata görə, onlardan 1983-cü il təvəllüdlü şəxsə bud boyununun sınığı diaqnozu təyin edilib. Zəruri tibbi yardım göstərilən pasiyentin vəziyyəti stabildir olaraq qiymətləndirilir.

Digər 5 nəfər şəxsə isə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıblar.

***

17:13

Fövqəlaadə Hallar Nazirliyinə Kür çayının Mingəçevir şəhərindən keçən hissəsində 2 ədəd mühərrikli qayığın toqquşması barədə məlumat daxil olub.

Bu barədə Teleqraf-a qurumun Mətbuat xidmətindən bildirilib.

Məlumatla əlaqədar FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub və qayıqların vətəndaşlarla birgə sahilə çıxarılması təmin edilib.

Qəza nəticəsində su nəqliyyat vasitələrində olan 5 nəfər vətəndaş yüngül xəsarət alıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

***

16:13

Kür çayında qayıqlar toqquşub, xəsarət alanlar var.

Teleqraf-ın yerli bürosunun məlumatına görə, hadisə Mingəçevirdə Kür çayının sahilində gəzinti qayıqları zolağında baş verib.

Kiçik qayığın arxadan iri tutumlu qayığa çırpılması nəticəsində 2-si azyaşlı, 2-si qadın olmaqla, ümumilikdə 8 nəfər müxtəlif bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırma başlanıb.