BAKI, 27 iyun. TELEQRAF
Binəqədi rayonu, Baksol yolu adlanan ərazidə quyuya düşərək köməksiz vəziyyətdə qalan şəxsin axtarışları davam edir.
Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
"Hazırda xüsusi vasitələrlə təchiz edilmiş xilasedicilər tərəfindən axtarışlar davam etdirilir. Əlavə məlumat veriləcək", - məlumatda deyilir.
***
14:04
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Baksol yolu adlanan ərazidə 1 nəfərin quyuya düşərək köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Nazirikdən Teleqraf-a verilən xəbərə görə, məlumatla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.
Əlavə məlumat veriləcək.