BAKI, 18 iyun. TELEQRAF

Bakının Nizami rayonunda yerləşən Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitununda faciəli hadisə baş verib.

Teleqraf-ın əldə etdiyi xəbərə görə, burada müalicə alan Şəmkir rayon sakini, 1976-cı il təvəllüdlü Qənbər Hafis oğlu Abdullayev xəstəxananın 3-cü mərtəbəsindəki pəncərədən yıxılaraq ölüb.

Faktla bağlı Nizami Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, Q.Abdullayev əvvəllər Cinayət Məcəlləsinin 181, 228 və 234-cü maddələri ilə məhkum olunub.