BAKI, 23 may. TELEQRAF
Bakının Binəqədi rayonunda yanğın olub.
Fövqəladə Hallar nazirliyindən Teleqraf-a verilən xəbərə görə, Binəqədi rayonunda ümumi sahəsi 1000 m² olan mebel sexinin içərisinə yığılan 5 m² sahədə taxta materialları yanıb.
Mebel sexi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.