BAKI, 9 may. TELEQRAF
Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirilmiş operativ tədbirlər sayəsində Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində sexdə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən bildrilib.
Yanğının bilavasitə yaxınlıqda yerləşən evlərə keçməsinin qarşısı alınıb.
TƏBİB-dən Teleqraf-ın sorğusuna cavab olaraq bildirilib ki, Güzdək qəsəbəsində sexdə baş vermiş yanğında xəsarət alan olmayıb.
"Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə mayın 9-da saat 13:15-də Binəqədi rayonu, Aşağı Güzdək ərazisində yerləşən binanın zirzəmisində yanğın hadisəsinin baş verməsi səbəbilə çağırış daxil olub. Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Xəsarət alan qeydə alınmayıb",- məlumatda qeyd edilib.
***
14:24
Fövqəladə Hallar Nazirliyi tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində sexdə baş vermiş yanğın qısa müddətdə məhdudlaşdırılıb.
Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən bildrilib.
Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Əlavə məlumat veriləcək.
***
13:29
Abşeron rayonda sexdə yanğın başlayıb.
Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən bildrilib.
Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində sexdə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.
Dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə, Xüsusi Riskli Xilasetmə xidmətlərinin və Sumqayıt Regional Mərkəzinin qüvvələri cəlb olunub.
Hazırda yanğınla mübarizə tədbirləri davam edir.
Əlavə məlumat veriləcək.