
SAMUX, 19 fevral. TELEQRAF
Kür çayının Samux rayonu ərazisindən keçən hissəsində batan balıqçıların kimliyi bilinib.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, həmin şəxslərdən biri rayonun Seyidlər kənd sakini, 2003-cü il təvəllüdlü İsmayıl Şubliyev, digəri isə Çinarlı qəsəbəsində qeydiyyatda olan 1999-cu il təvəllüdlü Müşviq İsmayılovdur.
İlkin məlumata görə, hadisə qayığın aşmasından baş verib.
Batan şəxslərin axtarışları davam etdirilir.
20:48
Kür çayının Samux rayonu ərazisindən keçən hissəsində orta yaşlı iki nəfər batıb.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə rayonun Qarağaclı kəndində qeydə alınıb.
Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin xilasediciləri cəlb ediliblər.
Batan şəxslərin axtarışları davam edir. Həmin şəxslərin balıqçı olduğu ehtimal olunur.