BAKI, 18 fevral. TELEQRAF

Azərbaycanda kibercinayətlər, hədə-qorxu yolu ilə tələb etmə, terror xarakterli cinayətlər, cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma, dələduzluq, quldurluq və insan alveri ilə bağlı cinayətlərin sayı artıb.

Teleqraf xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin illik hesabatında qeyd olunub.

2024-cü ildə əvvəlki illə müqayisədə rüşvət cinayətləri 3,1 dəfə, məcburi əmək 3,0 dəfə, yetkinlik yaşına çatmayanı cinayətkar fəaliyyətə cəlb etmə 2,2 dəfə, evlənmək məqsədilə adam oğurluğu və qanunsuz sahibkarlıq cinayətləri – hər biri 2,1 dəfə, saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma 47,2 faiz, mənzillərdən oğurluq 41,2 faiz, soyğunçuluq 36,3 faiz, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlər 11,9 faiz, ekoloji cinayətlər 10,7 faiz, hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər 8,2 faiz, əmlakı qəsdən məhv etmə və ya zədələmə 5,7 faiz, qaçaqmalçılıq 5,6 faiz, xuliqanlıq 5,0 faiz azalıb, kibercinayətlər 2,8 dəfə, hədəqorxu ilə tələb etmə 82,2 faiz, terror xarakterli cinayətlər 82,4 faiz, cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma 70,0 faiz, dələduzluq 24,0 faiz, quldurluq 8,5 faiz, insan alveri ilə bağlı cinayətlər isə 3,4 faiz artıb.