
BAKI, 18 fevral. TELEQRAF
Bakının Səbail rayonunda restoranda yanğın olub.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Teleqraf-a verilən məlumata görə, Bakı şəhərinin Səbail rayonunda üçmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 60 m² olan restoranın mətbəxində 2 ədəd fri aparatı yanıb.
Yüksək temperaturdan 1 ədəd kondisionerin üzlüyü və mətbəxdə divara quraşdırılan elektrik löhvəsi qismən qarsalanıb.
Restoran yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.