
BAKI, 17 fevral. TELEQRAF
Dünən paytaxtın Nizami rayonunda yerləşən stadionda keçirilən "Neftçi”-“Qarabağ" oyunundan əvvəl hər iki komandanın azarkeşləri arasında ictimai asayişin pozulması halı qeydə alınıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf-a bildirilib ki, insidentlə bağlı polis lazımi qabaqlayıcı tədbirlər görüb, 4 nəfər saxlanılaraq ərazi üzrə Polis Şöbəsinə gətirilib.
Araşdırma aparılır.