Bakının Suraxanı rayonunda 18 yaşlı gənc qızın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com Report-a istinadla xəbər verir ki, aeroport yolunda avtomobil hərəkətdə olarkən, sərnişin 2006-cı il təvəllüdlü Qasımova Cəmilə Tofiq qızı ehtiyatsızlıqdan yerə yıxılıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.