Biləsuvar rayonunda ərzaq mağazasının anbarı yanıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat verib.

Bildirilib ki, ümumi sahəsi 63 m² olan ərzaq mağazasına bitişik sahəsi 25 m² olan anbarın dam örtüyünün yanar konstruksiyaları və içərisində olan mallar yanıb.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.