Şabran rayonu Dəvəçi kəndi ərazisində yerləşən təkər təmiri sexində partlayış olub.

Bu barədə Teleqraf.com-a Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.

Məlumata görə, sexdə işləyən 1999-cu il təvəllüdlü Rəfail Əzimov təmir işi görərkən təkərin partlaması nəticəsində almış olduğu xəsarətlərdən ölüb.

Faktla bağlı Şabran rayon prokurorluğunda araşdırma aparılır.