Sumqayıtın 13-cü mikrorayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib, bir nəfər ölüb.

Teleqraf.com xəbər verir ki, hadisə nəticəsində 1948-ci il təvəllüdlü Orucov Şirin Səfəralı oğlu yerindəcə vəfat edib.

Sürücü hadisə yerindən qaçıb.

Faktla bağlı araşdırma aparılır.